Xəbər lenti

İspaniyada ilk dəfə insanlarda siçovul xəstəliyi aşkar edildi
Dünya 16:00 13.05.2024

İspaniyada ilk dəfə insanlarda siçovul xəstəliyi aşkar edildi

İspaniyada dünyada ilk dəfə olaraq insanlarda siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "El Pais" qəzeti yazıb.

Nəşrin məlumatına görə, Rocahepevirus ratti virusu (RHEV) ilk dəfə 2010-cu ildə Almaniyada aşkar edilib, lakin ondan əvvəl insanların ona yoluxa bilməyəcəyinə inanılırdı. Bununla belə, 2018-ci ildə siçovulların hepatit E virusuna yoluxmuş ilk şəxs müəyyən edilib.

"Yeni xəstələr İspaniyanın Andalusiya, Qalisiya, Navarra və Kataloniya kimi çox ayrı bölgələrindəndir. Bu, virusun ölkənin böyük bir hissəsində mövcud olduğunu göstərir. Bu 40 hadisə, 10 xəstəxanadan 250-dən çox xəstədən götürülmüş nümunələrin təhlili ilə müəyyən edil", deyə Kordobanın Maimonides Biotibbi Tədqiqat İnstitutunda (Imibic) hepatit üzrə ixtisaslaşmış tədqiqatçı Antonio Rivero Xuarez bildirib.

Virusun gəmiricilərdən insanlara necə keçdiyi hələ müəyyən edilməyib. Bir fərziyyə, insanların daşıyıcı siçovulların nəcisi və ya sidiyi ilə çirklənmiş maddələrlə təmasda olduqdan sonra yoluxa biləcəyidir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->