Dünya 21:01 16.06.2019

İsrail əsgərləri alman jurnalisti güllələdi

Alman jurnalist Yürgen Todenhöfer İsrail əsgərləri tərəfindən güllələnib.

Qaynarinfo xəbər verir ki, Fələstin-İsrail sərhədində video qeydə alan jurnalist çiynindən vurulub. Hadisədən sonra ətrafdakı insanlar ona kömək etmək üçün yaxınlaşıb.

Qeyd edək ki, Yürgen Todenhöfer Fələstinə verdiyi dəstəklə bilinir.

Gülşən