Dünya 14:55 02.12.2018

İsrail polisindən Netanyahu hökumətini yıxacaq qərar

İsrail polisi ölkənin baş naziri Benyamin Netanyahu və həyat yoldaşı Sara Netanyahuya qarşı irəli sürülmüş korrupsiya və rüşvət iddialarının araşdırılması üçün cinayət işi açılmasına dair tövsiyə xarakterli qərar qəbul edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən qərar Netanyahu hökumətinin sonu ola bilər.

Netanyahu isə məsələyə münasibət bildirərək, polisin bu qərarının heç bir hüquqi çəkisi olmadığını deyib.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!