Dünya 13:38 16.07.2018

İsrail Suriyanı vurdu: 9 ölü

İsrail Suriyaya raket hücumu təşkil edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Hələbdəki Əl Nəyrab hərbi bazası hədəf alınıb. Hücum nəticəsində Bəşər Əsəd qüvvələrindən 9 nəfərin öldüyü bildirilir. 

Qeyd edək ki, İsrail son aylarda Suriyanın Dara, Dəməşq, Quneytra, Homs kimi şəhərlərdə hökümət və İran qüvvələrinə zərbələr endirib. 

Gülşən