Dünya 18:39 28.08.2013

İsrail Suriyaya görə səfərbərlik elan etdi

Kimyəvi silah tətbiqindən sonra Suriyaya qarşı hərbi əməliyyatın təfərrüatları dəqiqləşir. 

Qaynar.info-nun məlumatına görə, "Washington Post" qəzeti hərbi müdaxilənin BMT ekspertlərinin ölkədən çıxmasından sonra başlayacağını yazıb. 

Hərəkatın qısa və dar çərçivədə həyata keçiriləcəyini yazan qəzet, müdaxilənin 2 gündən çox çəkməyəcəyini bildirib. 

Bu arada isə İsrail Silahlı Qüvvələri Suriyaya müdaxiləyə görə, səfərbərlik elan edib. Rəsmi Təl-Əviv hetiyatda olan bütün hərbçiləri orduya çağırıb. 

Qaynar.info