Foto 16:48 11.09.2018

İstanbulun bu hissəsi su altında qaldı (FOTOLAR)

Səhər saatlarında yağan şiddətli yağış səbəbindən İstanbulun Hadımköy səmtində bəzi keçidlər su altında qalıb.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, yağış səbəbindən nəqliyyatda çətin anlar yaşanıb. Yeraltı keçidlərdə avtomobillər su altında qalıb, sürücülər isə avtomobillərin üzərinə çıxaraq kömək gözləyiblər.

Ərazidə xilasetmə işləri aparılır.