Foto 12:46 22.04.2018

Jurnalist canlı yayımda öldürüldü (FOTOLAR)

Nikaraquadakı aksiyalardan verilən canlı yayımda bir müxbir öldürülüb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, təqaüd sisteminə qarşı təşkil edilən nümayişdə Angel Qohana adlı müxbirin ölüm anı "Facebook"dakı canlı yayımda qeydə alınıb. Qohana başından silahla vurulub, daha sonra isə yerə yıxılıb. 

Atəşin kim tərəfindən açıldığı hələlik qeyri-müəyyəndir, lakin ərazidə sadəcə polisin silahlı olduğu bildirilir.

Gülşən