Foto 17:31 22.04.2018

Kabildə seçki mərkəzinə hücum: 48 ölü, 112 yaralı (YENİLƏNİB/FOTOLAR)

Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayışda ölənlərin sayı 48 nəfərə çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "TOLOnews" ölkənin Səhiyyə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd edilir ki, partlayış zamanı həmçinin 112 nəfər yaralanıb.

Qeyd edək ki, hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.  
 
***13.10 
 
Əfqanıstanın paytaxtı Kabildə terrorçular seçki mərkəzini hədəf alıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, canlı bomba seçki mərkəzinə qeydiyyat üçün gələn insanlar arasında özünü partladıb. Nəticədə azı 9 nəfər ölüb, 56 nəfər yaralanıb. 

Partlayışın şiddətindən ətraf yerlərdəki tikililərin pəncərələri qırılıb, ərazi nəqliyyata bağlanıb. Teraktı hələlik heç bir qrup öz üzərinə götürməyib.

Gülşən