Foto 09:58 24.03.2018

Kamal Sunalın oğlunun azərbaycanlı qızla toyu oldu (FOTOLAR)

Türkiyənin əfsanəvi aktyoru Kamal Sunalın oğlu aktyor Əli Sunal azərbaycanlı vəkil Nazlı Qurbanzadə ilə evlənib.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, İstanbulda evlənən cütlüyün nikahı "Swissotel"də baş tutub. Bir müddətdir nişanlı olan Əli və Nazlı "ÇABA" dərnəyinin layihələrində tanış olmuşdu. 

Sunal və Qurbanzadə dəyəri 5 milyon türk lirəsi olan evdə yaşayacaqlar. Onların bal ayı üçün Dubaya gedəcəyi gözlənilir.

Qeyd edək ki, Nazlı Qurbanzadə biznesmen Bülənt Qurbanzadənin qızıdır.

Gülşən