Xəbər lenti

Maqazin 17:02 19.04.2024

Kamran Həsənli Sərxanın ittihamlarına cavab verdi: "Röyadan pul ala bilərdik?"

"Sərxan və digər aparıcılar, eləcə də müğənnilərin hər biri bilir ki, Kamran Həsənli aparıcısı olduğu verilişlərdə cəmiyyətə həmişə istedadlı gəncləri tanıtdırıb. Məsələn, Qismət, Tünzalə, Abbas Bağırov, Röya, qarmon ifaçısı Orxan, akkardion ifaçısı Seymur, Hüseyn Dərya və s. bunların heç birindən nəsə alınmayıb". 

Bunu Qaynarinfo-ya açıqlamasında məşhur aparıcı Kamran Həsənli Sərxan Kərəmoğlunun ona ünvanladığı tənqidin cavabında deyib. 

Kamran Həsənli vurğulayıb ki, adları çəkilənlər o zaman kasıb uşaqlar idi:

"Biz onları tanıtdırdıq və zamanla hamısı məşhurlaşdı, indi hamısı varlanıb. Biz necə Röyadan pul ala bilərdik? Bu gün məşhur olan müğənnilərin hər biri mənim verilşlərimdə tanınıb. Bu gün də layihələrim var, amma bununla belə onların heç biri televiziyalarda qəbul edilmir. Azərbaycan istedadlılarla doludur. Nə qədər layihələr var, amma heç biri uğurlu alınmır". 

Kamran Həsənli ona qarşı xüsusi cəbhə açıldığını qeyd edib:

"Efirlər məni yaxın buraxmır. Mənim onlarla problem yoxdur, amma görünən odur ki, onların mənimlə problemləri var. Mən efirə qayıtsam həmin andan layihələrim seviləcək, baxılacaq, televiziya tamam dəyişəcək. Bazarlar bağlanacaq, yenə də istedadlıları tapıb üzə çıxaracayıq".

Qeyd edək ki, Kamran Həsənli bəzi vaeriliş aparıcıları rüşvət almaqda ittiham edib. O, "necə ki, bazarda  pomidoru pulla alırsan, efirdə də hər verilişin özünün müəyyən məbləği var, guya digərindən daha səviyyəli olan veriliş daha çox pul tələb edir. Çünki yaxşı hesab olunan verilişlərin aparıcılarının saxlayanı var və kiçik məbləğə razılaşmır", deyib.

Sərxan Kərəmoğlu isə Kamran Həsənlinin bu fikirlərinə etiraz edərək, sərt reaksiya verib:

"Sizin gördüyünüz işlərin davamçılarıdırlar, niyə təəccüblənirsiniz? "Space" telekanalında efirə çıxardıqlarınız pulsuz idi? Ödəniş etmirdilər? "Sizin  saat" və "Musiqili meydan" verilişlərinə hamı pulsuz çıxırdı? Ya mənim verilişimə pulsuz çıxırdılar? Televiziya sahəsində siz çox yararlı işlər görmüsünüz və vicdanı olan bunları dana bilməz. Amma siz elə həddə gətirmisiniz ki, gənc nəsil artıq sizə "Sən kimsən?", deyə müraciət edir".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->