Foto 21:43 02.09.2018

Karate millimiz İsveçrədə 11 kubok qazandı (FOTO)

İsveçrənin Bazel şəhərində keçirilən IX Open Masters 2018 turnirində karateçilərimiz gözəl nəticə ilə yadda qalıb.

Qaynarinfo-nun xəbərinə görə, on idmançı ilə qatılan karate millimiz 11 kubok (bu yarışda medal əvəzinə kubok verirlər) qazanıb.

Belə ki, Rafael Ağayev (75 kq), Asiman Qurbanlı (+84 kq), Rafiz Həsənov (67 kq) və İrina Zaretskaya (68 kq) qızıl, Tural Ağalarzadə (67 kq), Şahin Atamov (+84 kq) gümüş, Nuranə Əliyeva (50 kq) və Firdovsi Fərzəliyev (60 kq) isə bürünc kuboka yiyələnib.

Master Klassda (bu kateqoriyada bütün çəkilər mübarizə aparır) Şahin Atamov və İlahə Qasımova gümüş, İrina Zaretskaya bürünc kubok qazanıb.
 
Qeyd edək ki, karateçilərimiz İsveçrədə qalaraq Almaniyanın paytaxtı Berlində keçiriləcək Premyer Liqa yarışlarına hazırlaşacaq.