Dünya 11:16 22.05.2018

Katolik din xadimi cinsi zorakılıqda təqsirli bilindi

Avstraliya məhkəməsi katolik arxiyepiskop Filip Vilsonu uşaqlara qarşı cinsi zorakılıq törətməkdə günahkar bilib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, dünyada ən yüksək statusa sahib xristian din xadimlərindən biri hesab edilən Adelayde arxiyepiskopu Vilson 1970-ci illərdə Yeni Cənubi Uels ştatında oğlan uşaqlarına qarşı cinsi zorakılıq aktı törədib. Filip Vilson məhkəmə zamanı haqqında irəli sürülən ittihamları rədd edib. 

Qeyd edək ki, 67 yaşlı Vilsona Alzheimer diaqnozu qoyulub və din xadiminin vəkili bu arqumentlə məhkəmədə onun bəraət qazanmasına çalışıb. Filip Vilson iyun ayında həbs ediləcək və onu azı 2 il həbs cəzası gözləyir.

Gülşən