Dünya 13:46 14.09.2018

Polis katolik kilsəsinə qarşı əməliyyat keçirdi

Çilidə Katolik kilsəsinə basqın həyata keçirilib.

Qaynarinfo xəbər verir ki, Valparaiso, Çillan, Osorno, Konsepsion bölgə yepiskopluğunda təşkil edilən əməliyyatlar zamanı çox sayda alt geyimi analiz üçün götürülüb. Ötən ay Santiaqo Katolik kilsəsində axtarış aparılmış, şəhərin Baş Yepiskopu Kardinal Rikardo Ezzati ifadə vermək üçün polis şöbəsinə çağırılmışdı. 

Əməliyyat çərçivəsində hazırlanan hesabatda bildirilir ki, 1960-cı ildən bəri 178-i uşaq olmaqla 266 şəxs din xadimləri tərəfindən cinsi zorakılığa məruz qalıb. May ayında çilili yepiskoplar pedofiliya qalmaqallarına görə kütləvi şəkildə istefa vermişdi. 

Qeyd edək ki, Katolik kilsəsi son dövrlərdə üzə çıxan cinsi zorakılıq və pedofiliya qalmaqalları ilə gündəmdədir.

Gülşən