Ölkə 18:18 06.05.2013

Keçmiş baş nazir vəfat etdi

İtaliyanın keçmiş baş naziri Culio Andreotti 94 yaşında Romada vəfat edib. 

Qaynar.info-nun məlumatına görə, bu barədə Reuters keçmiş baş nazirin ailəsinə istinadən xəbər verib. 

Culio Andreotti 1919-cu ildə Romada anadan olub. 1946-cı ildən Konstitusiya Məclisinin, sonradan İtaliya Deputatlar Palatasının üzvü olub. 7 dəfə İtaliya hökumətinə başçılıq etmiş Andreotti sonuncu dəfə 1989-cu ildə İtaliyanın baş naziri vəzifəsini icra edib. Onun sonuncu baş nazirlik müddəti mafiyaya qarçı kəskin mübarizəsilə yadda qalıb. 

1992-ci ildə istefa verən Andreotti 1 il sonra mafiya ilə əlaqələrdə günahlandırıldıqdan sonra siyasətdən uzaqlaşmaq məcburiyyətində qalıb. 

2002-ci ildə məhkəmə onu 24 il azadlıqdan məhrum etsə də, keçmiş baş nazir həbsdən azad olub. 2006-cı ildə Andreottinin namizədliyi Silvio Berluskoninin tərəfdarları tərəfindən Senat sədrliyi postuna irəli sürülsə də, sonda məğlub olub. 

Qaynar.info