Video 15:48 09.02.2018

Kim Çen İnin bacısı Cənubi Koreyada belə qarşılandı (VİDEO)

Şimali Koreya lideri Kim Çen İnin bacısı Kim Yo Çen Cənubi Koreyaya çatıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Kim Yo Çen Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak edəcək Şimali Koreyanın nümayəndə heyətinə rəhbərlik edir. 

Kim Yo Çen və Şimali Koreya Xalq Məclisi sədri Cənubi Koreyalı rəsmilər tərəfindən qarşılanıb. 

Bu səfər 1950-1953-cü illərdə baş vermiş Koreya müharibəsindən sonra Kim ailəsinin Cənubi Koreyaya ilk səfəridir. Hadisə bütün dünya mediasında xüsusi diqqətə səbəb olub.

Gülşən