Dünya 12:24 09.10.2018

Kim Çen In Papa Fransisi Pxençana dəvət edib

Cənubi Koreya Şimali Koreya lideri Kim Çen Inın Katoliklərin dini lideri Papa Fransisi Pxençana dəvət etdiyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, Cənubi Koreya prezidenti Mun Çey In gələn həftə Avropa ziyarəti zamanı təklifi Papa Fransisə bildirəcək. Papa ilə görüşündə Mun Çen Inın Şimali Koreya ilə sülh və sabitliyin davamını istəməsi gözlənilir.

Gülşən