Dünya 15:20 23.02.2019

Kim Trampla görüş yerinə doğru yola çıxdı

Şimali Koreya lideri Kim Çen In Vyetnamın paytaxtı Hanoya yola düşüb.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, Kim Çen Inın səfəri qatarla baş tutur və onun 48 saat sonra Hanoya çatması gözlənilir. O, burada 27-28 fevralda ABŞ prezidenti Donald Trampla 2-ci dəfə görüşəcək.

Xatırladaq ki, tərəflər ilk dəfə 12 iyun 2018-ci ildə Sinqapurda zirvə görüşü keçirib.

Gülşən