Xəbər lenti

Kino Mərkəzi Vətən müharibəsi ilə bağlı ssenari müsabiqəsi elan etdi
Sənət 13:19 08.05.2024

Kino Mərkəzi Vətən müharibəsi ilə bağlı ssenari müsabiqəsi elan etdi

Azərbaycan Kino Mərkəzi 44 günlük Vətən müharibəsi ilə bağlı tammetrajlı film ssenarisi müsabiqəsi elan edib. 

Qaynarinfo xəbər verir ki, müsabiqəyə müharibə mövzusunda olan ssenarilər, həmçinin sinopsis və ya tretmanlar təqdim edilə bilər. 

Təqdim edilən ssenarilər COURİER NEW şrifti ilə yazılmalı, şriftin ölçüsü 12 olmalıdır. 

Müsabiqəyə qatılmaq üçün ssenariləri (tretman və sinopsis) müəllif haqqında məlumat ilə (filmoqrafiya (əgər varsa) əlaqə telefonu və e-mail ünvanı) birlikdə [email protected] e-mail adresinə "Ssenari müsabiqəsi” başlığı ilə göndərə bilərsiniz. 

Qeyd edək ki, bir iştirakçı müsabiqəyə istənilən sayda ssenari, həmçinin sinopsis və ya tretman təqdim edə bilər.

Müsabiqəyə son müraciət 30 iyun 2024-cü ildə başa çatacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->