Dünya 12:05 17.06.2018

Kolumbiya prezidentini seçir: sağ yoxsa sol?

Kolumbiyada prezident seçkilərinin 2-ci turu keçirilir.

Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, 27 mayda seçkilərin ilk turu keçirilmiş, heç bir namizəd böyük üstünlük əldə edə bilməmişdi. Bugünkü seçkilərdə 2 namizəd, sağ cinahın nümayəndəsi İvan Duke və sol cinahın üzvü Qustavo Petro yarışır. Onlar ilk turda müvafiq olaraq 39,14% və 25,08% səsə sahib çıxmışdı.

Yeni prezident ölkəni 2022-ci ilə qədər idarə edəcək. Seçkilərdə 36 milyon 230 min seçici iştirak edə biləcək.

Gülşən