Texnologiya 15:01 13.02.2018

Kompüteriniz kripto pul istehsal edir

Kripto pul vahidlərinin geniş yayılması ilə hakerlər müəyyən saytlara daxil olaraq onlardan kripto mədən kimi istifadə edirlər.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, zərərli kodların yerləşdirildiyi saytlar arasında Avropanın dövlət qurumlarına aid portallar da var. Hakerlər kripto pul istehsal etmək üçün bu saytlardan istifadə edirlər. Təhlükəsizlik məsələsi üzrə tədqiqatçı Skot Helme bildirir ki, bu günə qədər 4 mindən çox sayta zərərli kodlar yerləşdirilib. Normal şəraitdə kripto pul istehsalı üçün xüsusi və bahalı texnologiyaya ehtiyac var, lakin kiber cinayətkarlar internetdən istifadə edən şəxslərin kompüterlərindən də istifadə edə bilirlər. 

Bu metodla "Monero" adlı kripto pul istehsal edilib. "Bitcoin"in rəqiblərindən olan "Monero"nun əsas xüsusiyyəti bu pulu alan və satan şəxsi izləməyin qeyri-mümkünlüyüdür.

Gülşən