Texnologiya 17:49 29.10.2018

Kompüterinizə virus göndərilməsini istəmirsinizsə, bunu mütləq edin!

"Cymulate" kibertəhlükəsizlik tədqiqatçıları Microsoft Word fayllarında video vasitə ilə virus göndərməyin yolunu ortaya çıxarıblar.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, proqramdakı boşluqdan faydalanan kibercinayətkarlar word faylına hər hansısa bir internet saytından video yerləşdirirlər və daha sonra yaradılan document.xml formatlı faylı videolinkə çevirirlər.

Tədqiqatçılar belə bir virus yaratmağa nail olublar. Onlar XML faylındakı embeddedHtml parametrini dəyişdirməyin asan olduğunu və istənilən hakerin bunu rahatlıqla edə biləcəyini qeyd edirlər.

Tədqiqatçılar bu problemi tamamilə aradan qaldırmağın mümkünsüz olduğunu, lakin video olan faylları əngəlləməyin mümkün olduğunu qeyd ediblər.