Ekonomiks 12:49 06.09.2017

Kontakt Home Çağrı Mərkəzinin peşəkarlıq SİRRİ!

Artıq 15 ilə yaxındır ki, İKT sahəsində uğurla fəaliyyət göstərən PRONET MMC şirkətinin hər bir fəaliyyətinin təməlində müştərilərinə qayğı göstərmək və onların biznesinin effektivliyini artırmaq üçün faydalı olmaq arzusu dayanır.

Müştərilərlə münasibətlərini genişləndirmək məqsədilə bir sıra mühüm görüşlər keçirən PRONET MMC, bu dəfə də xüsusi önəm verdiyi Kontakt HOME mağazalar şəbəkəsinin qonağı oldu. Görüş zamanı artıq 1 ildən artıqdır ki, tətbiq olunan Call Center xidmətinin hər bir müştəriyə nə qədər faydalı olması, şirkətin inkişafında nə dərəcədə mühüm rol oynaması ilə bağlı fikir mübadilələri aparıldı.

Bildiyiniz kimi, Kontakt HOME mağazalar şəbəkəsi telekommunikasiya distribyutorluğu, məişət texnikası, televizorlar, elektronika və mebelin pərakəndə satışı sahələrində aparıcı şirkətlərdən biri sayılır. Daim yeniliklərlə gündəmdə olan Kontakt HOME mağazalar şəbəkəsini digərlərindən fərqləndirən cəhətlərindən biri də zənglərə verilən cavabların səviyyəsi, telefonda müşrətilərlə ünsiyyətin keyfiyyəti, zəng edənlərin qoşulma sürəti, operatorların daim cavab vermə və ictimaiyyəti hər zaman düzgün məlumatlandırma imkanıdır. 

PRONET MMC hər bir həlli yaradarkən, bu həllərdən böyük bir kütlənin, istehsalçıların, müştərilər üçün konfiqurasiyaları yaradanların, şirkətin məhsul və xidmətləri sayəsində öz biznesini optimallaşdıran müştəriləri nəzərə alaraq, hər il onlarla şirkətdə layihə həlləri tətbiq edir. Məhz bu səbəbdən də Pronet MMC həyata keçirdiyi hər bir layihə üzərində maksimum peşəkarlıqla çalışır, müştərilərinin işinin gələcəkdə müsbət və uğurlu nəticələr verməsi üçün bütün səylərini əsirgəmir.

PRONET MMC

İctimaiyyətlə Əlaqələr və Marketinq Departamenti

Tel: +99412 3102121