Video 11:43 05.04.2018

Kral ailəsində gəlin-qaynana qarşıdurması (VİDEO)

İspaniya kral ailəsinin üzvlərin olan kraliça Letiziya və onun qaynanası kraliça Sofiya arasında gərginlik yaşanıb.

Qaynarinfo Telegraph-a istinadən xəbər verir ki, kilsədə keçirilən Pasxa mərasimində kraliça Sofiya nəvələri şahzadə Leanor Kiçik Sofiya ilə şəkil çəkdirmək istəyib. Bu zaman uşaqların anası kraliça Letiziya kamera qarşısında var-gəl edərək prosesə mane olub, sonra isə kraliça Sofiyanın əlini qızının çiynindən götürməyə çalışıb və qaynanasının etirazı ilə üzləşib. Hadisə kral ailəsindəki qarşıdurmanı gündəmə gətirib və böyük səs-küyə səbəb olub.

Qeyd edək ki, İspaniya kral ailəsi sabiq kral Xuan Karlos barədə irəli sürülən korrupsiya ittihamlarından əziyyət çəkirdi. Kral Xuan taxtı daha sonra oğlu Felipeyə təhvil verdi. Lakin Kataloniyanın müstəqillik referendumu və kralın hadisədə nümayiş etdirdiyi mövqe Felipenin də müzakirə mövzusuna çevrilməsinə və etirazlara gətirib çıxartdı.

Gülşən