Foto 10:10 04.10.2018

Kral ailəsinin gəlini 14 ildir eyni ayaqqabını geyinir (FOTOLAR)

Üçüncü uşağını dünyaya gətirdikdən sonra ilk ziyarətini Croft Forest School və Wildlife Garaden-ə edən İngiltərə kral ailəsinin gəlini Keyt Midltonun 14 ildir eyni ayaqqabını geyindiyi üzə çıxıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Midlton "Penelope Chilvers" marka ayaqqabılarını ilk dəfə 2004-cü ildə geyinib.

Səfərlərində tez-tez bu ayaqqabını geyinməsi ilə diqqət çəkən Midlton buna görə "qənaətcil düşes" adlandırılır.


Mətbuatda yayılan informasiyalardan sonra kral ailəsinin gəlinin eyni ayaqqabılnı geyinməsi müzakirələrə səbəb olub.

Bəziləri bu ayaqqabının 2004-cü ildə geyindiyi ilə eyni olmadığını, bəziləri isə hər yerə avtomobillə getdiyi üçün piyada çox az yol qət etdiyindən ayaqqabılarının belə səliqəli qaldığını yazıblar.

Keyt Midltonun ziyarətindən olan fotoları sizlərə təqdim edirik: