Dünya 12:04 17.11.2017

Kral Salman gedir, vəliəhd Məhəmməd gəlir

Səudiyyə Ərəbistanında növbəti həftə kral Salmanın hakimiyyətini təhvil verəcəyi barədə xəbərlər yayılıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, yeni kralın vəliəhd şahzadə Məhəmməd İbin Salman olacağı iddia edilir. Kral Salman isə taxtı təhvil verəndən sonra simvolik vəzifəni icra edəcək. 

Qeyd edək ki, Məhəmməd İbin Salman ölkədə ən güclü şəxs hesab edilir. O, Qətər böhranında, Yaxın Şərqdəki proseslərdə, İran və Səudiyyə münasibətlərinin gərginləşməsində əsas səbəbkar olaraq göstərilir. Vəliəhd son olaraq ölkəsində genişmiqyaslı anti-korrupsiya və rüşvətxorluq əleyhinə qərarlarla çox sayda şahzadə, nazir və sabiq naziri həbs etdirib. 

Gülşən
Qaynarinfo.Az