Dünya 21:43 13.01.2018

Kraliça qızıllarının harda saxlandığından xəbərsiz imiş

BBC II Dünya Müharibəsində kral ailəsinə məxsus qiymətli zinət əşyalarının necə saxlanılması barədə sənədli film yayımlayıb.

Qaynarinfo xəbər verir ki, sənədli filmdə kraliça II Elizabetin atası VI Corcun zinət əşyalarının faşistlərin əlinə keçməməsi üçün plan qurduğu qeyd olunub. 

Plana görə, "Windsor" qəsrində 2 bölmədən ibarət kamera qazılıb və polad qapı düzəldilib. Taclarda istifadə olunan dəyərli daşlar dəmir peçenye qutusuna yerləşdirilərək bu gizli bölmədə əhəng daşı içində saxlanılıb. 

Krallıq mütəxəssisi Alastar Bryus bildirir ki, kraliça Elizabetin bu hadisədən xəbəri olmayıb. O, kraliçanın atasının dövründən qalan tacdan istifadəni sevmədiyini də deyib. 1,28 kq ağırlığı olan tacı başda saxlamaq olduqca çətindir. Kraliça mətn oxuyan zaman aşağıya baxa bilmir, mətni yuxarıda tutmalıdır, çünki bunu etməsə, boynu qırıla və ya tac düşə bilər.

Gülşən