Ekonomiks 16:32 21.04.2018

Kriptovalyuta saytları bağlanır

Rusiya Ali Məhkəməsi Sankt-Peterburqda reallaşmaq üzrə qadağan olunan kriptovalyuta haqqında məlumat verən saytlar üzərində apelyasiya məhkəməsi keçirilməsi əmrini verib.

Qaynarinfo Rusiyanın hüquqi məlumatlar paylaşan saytı RAPSI-yə istinadən xəbər verir ki, Sankt-Peterburqda yerləşən Viborqski bölgə məhkəməsi 2016-ci ildə kriptovalyutaların virtual bir ödəmə və təcrübə vasitəsi olduğu və ölkənin milli pul vahidi rublu zəiflətdiyi üçün qeyri-qanuni olduğunu iddia edərək Bitcoininfo.ru saytını bağlayıb.

"Anycoin” xəbər agentliyi ilk məhkəmə prosesinin şikayətçilərə xəbər verilmədən reallaşdırıldığını bildirib. Şirkətin isə ancaq saytlarına girişi qadağan etdikdən sonra belə bir qadağadan xəbərdar olduğunu qeyd edib.

"Bitcoininfo” müraciət prosesi müddətini əldən versə də, məhkəməyə müraciət etməyə çalışıb, lakin məhkəmə onu rədd edib. Rusiya Ali Məhkəməsi aldığı şikayətlər ilə məşğul olacağını açıqlayıb. Bu mövzu Sankt-Peterburq Şəhər Məhkəməsində müzakirə olunacaq.

"RİA Novosti” saytının məlumatına görə, Sankt-Peterburqdakı eyni məhkəmə fevralda da bənzər bir hadisə üzərində çalışmış və "Bitcoin" ilə əlaqəsi olan 40 saytın qadağan edilmə qərarını ləğv etmişdi.

Rusiya hökumətinin kriptovalyutalar haqqında məlumat verən saytlar barəsində mənfi rəftarı artıb. "Telegram”ın qadağan edilməsi bunun ən bariz nümunəsidir. Ötən il Rusiyanın mərkəzi bankından verilən açıqlamada kriptovalyutaların xarici internet saytlarından satışının ölkədə qadağan olunacağı bildirilmişdi. Buna səbəb olaraq investorların məruz qaldığı risklər göstərilirdi.

Nərmin Həsənli