2008-ci ildən bəri Kubaya liderlik edən Raul Kastro vəzifəsindən getməyə hazırlaşır.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Milli Məclisin sabah Kastro yerinə vitse-prezident Migel Diaz-Kaneli təyin etməsi gözlənilir. Bu təyinatla Kuba Respublikasının qurulduğu 1959-cu ildən bəri ilk dəfə Kastro ailəsindən olmayan ilk şəxs ölkəyə rəhbərlik edəcək.
57 yaşlı Diaz-Kanel 25 ildir Kommunist Partiyasında yer alır. O, 2013-cü ildə vitse-prezident vəzifəsinə təyin edilib.
Gülşən
Şərhlər