Lənkəran rayonunun Diryan kəndində aramsız yağan yağışlardan sonra çay daşıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Facebook” istifadəçisi Həbib Əlizadə video paylaşıb.
O bildirib ki, çay məcrasından çıxaraq avtomobil yolunu tutub:
“Hazırda avtomobil yolu ilə hərəkət etmək mümkün deyil. Ümid edirik ki, problem qısa zaman ərzində düzələcək”.
Qaynarinfo.Az
Şərhlər