Foto 09:28 28.03.2024

Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə səhər saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində qeydə alınıb.

"VAZ-2109", "Chevrolet Cruz" və " Mercedes" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində "VAZ-2109"də olan sürücü və sərnişin hadisə yerində ölüb. Onların ata və oğul olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.