Texnologiya 11:35 23.04.2018

"LG"dən "Google Assistant" üçün xüsusi düyməli telefon

"LG" şirkətinin "G7 ThinQ" model telefonuna yeni düymə əlavə ediləcək.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, düymə "Google Assistant" tətbiqetməsi üçün xüsusi olaraq nəzərdə tutulub və telefonun sol hissəsində yerləşəcək. Bununla tətbiqetməyə müraciət edərək nəsə soruşmaq daha da asanlaşacaq. Bu düyməni söndürməyin mümkün olub-olmayacağı bilinmir.

Qeyd edək ki, daha əvvəl Samsung şirkəti Galaxy S8 modelində "Bixby" virtual assistent proqramından istifadə üçün xüsusi düymə nəzərdə tutmuş, lakin istifadəçilərin narazılıq ehtimalına görə ideyadan imtina edilmişdi. 

Gülşən