Cənubi Koreyanın LG korporasiyasının fəxri sədri Ku Ja Kyunq 94 yaşında vəfat edib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, 25 il şirkətə rəhbərlik edən Kyunq 1995-ci ildə istefa verib. Onun rəhbərliyi altında şirkət xüsusən elektron məhsullar istehsalı sahəsində dünya şöhrəti qazanıb.
2015-ci ildə Kyunq LG Rifah Fondunun direktorlar heyətindəki mövqeyini qoruyub. Korporasiyanı 1995-ci ildən oğlu Ku Bon Mu idarə edib. O isə ötən il dünyasını dəyişib.
Qeyd edək ki, LG Cənubi Koreyanın 4-cü ən böyük maliyyə və sənaye qrupudur. Əsas fəaliyyət sahələri isə elektronika, kimya məhsulları və telekommunikasiya avadanlıqlarıdır.
Camal
Şərhlər