Dünya 15:26 20.10.2019

Livanda 4 nazir istefa verdi

Livanda yüksək vergi əleyhinə davam edən etiraz aksiyaları Livan Qüvvələri Partiyasının 4 nazirinin istefası ilə nəticələnib.

Qaynarinfo xəbər verir ki, iqtisadi böhran əleyhinə davam edən nümayişlər 2015-ci ildən bəri təşkil olunan ən böyük etiraz aksiyasıdır. Livanda 2019-cu ilin yanvar ayında yeni hökumət qurulub. Problemin həlli üçün yeni hökumətin təşkil edilməsi təklif olunur.

Qeyd edək ki, Livanın dövlət borcu 86,2 milyard dollara bərabərdir. Suriyada 2011-ci ildə başlayan müharibə ölkəyə kütləvi miqrant axını ilə nəticələnib və iqtisadi böhran daha da dərinləşib.

Gülşən