Xəbər lenti

Ölkə başçısı yaşamasına heç kimi inandıra bilmir:
Dünya 15:06 04.12.2018

Ölkə başçısı yaşamasına heç kimi inandıra bilmir: "Mən ölməmişəm"

Nigeriya prezidenti Muhəmmədu Buhari ölümü ilə bağlı iddialara cavab verib.

Qaynarinfo xəbər verir ki, Polşada keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında iştirak edən Buhari ötən ildən bəri ortaya atılan iddialardan söz açıb:
"Şayiələri yaymağa çalışanlar cahil və dinsizdir. Bəzi insanlar öldüyümü, klonlandığımı, üzümün başqa insana köçürüldüyünü iddia etir, amma ölməmişəm".

Qeyd edək ki, ötən il yayılan bu şayiələr sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuşdu. 

2015-ci ildə hakimiyyətə gələn Buhari 2017-ci ildə müalicə məqsədilə 3 aylıq İngiltərəyə getmişdi. Məhəmməd Buhari 2019-cu ilin fevralında keçiriləcək prezident seçkilərində yenidən iştirak edəcəyini açıqlayıb.

Gülşən
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!




Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->