Foto 15:58 14.12.2017

Ölkənin ən yaşlı şimpanzesinə ad günü sürprizi (VİDEO)

Hindistanda ölkənin ən yaşlı şimpanzesi Ritanın 58 yaşı münasibəti ilə doğum günü mərasimi təşkil olunub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, meymunun ad günü paytaxt Dehlidəki zooparkda qeyd olunub. Rita üçün çoxlu hədiyyə və yeməklər aparılıb.

Mərasim üçün gələn məktəblilər ona mahnılar oxuyublar. Uşaqlar onun üçün futbol topu, rəngli kağızlardan hazırladıqları boyunbağı və üzərində "Doğum günün mübarək olsun Rita" yazılan tort aparıblar. 

Zoopar müdiri Renu Sinq Ritanın bu sürprizi soyuqqanlı şəkildə qarşıladığını və özünü bir "leydi" kimi apardığını bildirib.