Xəbər lenti

Lukaşenko Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
Siyasət 16:16 16.05.2024

Lukaşenko Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi

Azərbaycanda dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Qaynarinfo xəbər verir ki, Belarus Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Belarus lideri Şəhidlər xiyabanını da ziyarət edib. Lukaşenko Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->