Xəbər lenti

Maaşlar artacaq
Ekonomiks 10:56 08.10.2013

Maaşlar artacaq

Azərbaycanda orta aylıq əmək haqqının həcmi 2017-ci ilədək 618 manata çatacaq.


"APA-Economics"in xəbər verdiyi kimi, bu barədə İqtisadi İnkişaf Nazirliyinin proqnozlarında göstərilir. Eyni zamanda, 2013-cü ilin yekunlarına görə, orta aylıq əmək haqqının həcmi 439 manat səviyyəsində gözlənilir və beləliklə, yaxın 4 ildə bu göstəricinin 40,8% artacağı proqnozlaşdırılır.

Qeyd edək ki, İİN-in proqnozlarına görə, 2014-cü ildə orta aylıq əmək haqqı 479 manat, 2015-ci ildə 520 manat, 2016-cı ildə isə 566 manat təşkil edəcək.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->