Xəbər lenti

Mahir Emreli daha bir oyunu buraxacaq
İdman 10:20 23.07.2022

Mahir Emreli daha bir oyunu buraxacaq

Yığmamızın hücumçusu Mahir Emreli Zaqreb "Dinamo"sunun səfərdə "Slaven Belupo"ya qarşı keçirəcəyi Xorvatiya çempionatının 2-ci tur matçını buraxacaq.

Qaynarinfo xəbər verir ki, buna səbəb onun hələ bərpa prosesi keçməsidir. 25 yaşlı hücumçu qarşıdakı görüşdə də iştirak edə bilməyəcək.

Emreli birinci turda "Lokomotiv"ə 3:2 hesabı ilə qalib gəldikləri, həmçinin, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda keçirilən Şimali Makedoniya "Şkupi"si ilə matçda meydana çıxmayıb. Həmin qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->