Xəbər lenti

Dünya 22:46 07.01.2018

Vəkili Mahmud Əhmədinejatın həbs olunmasından danışdı (YENİLƏNİB)

İranın sabiq prezidenti Mahmud Əhmədinejatın həbs olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
 
Qaynarinfo xəbər verir ki, bu barədə sabiq prezidentin vəkili Adil Heydəri İranın İLNA agentliyinə açıqlamasında deyib.

13:17 
İranın keçmiş prezidenti Mahmud Əhmədinejatın həbs olunduğu ilə bağlı iddialar yayılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Böyük Britaniyanın paytaxtı Londonda yayımlanan "Al-Quds Al-Arabi" qəzetində məlumat dərc olunub.

Xəbərdə qeyd olunur ki, Tehrandakı etibarlı mənbələrdən əldə olunan məlumata görə, İranın eks-prezidenti xalqı hökumətə qarşı etirazlara təhrik etməkdə ittiham olunur.

Əhmədnejat İranın qərbində yerləşən Buşehr şəhərinə səfəri zamanı çıxışında mövcud liderlərin xalqın narazılıq və problemlərinə biganə yanaşdıqlarını bildirib. İran xalqının Həsən Ruhani rejiminin pis idarəçiliyindən əziyyət çəkdiyini vurğulayan sabiq prezident mövcud idarəçiliyi sərt şəkildə tənqid edib:

"Hazırkı İran liderləri xalqın narazılıqlarına və problemlərinə biganə yanaşırlar. Onların cəmiyyətin həqiqətləri ilə bağlı heç bir fikirləri yoxdur. Ruhani hökuməti bu torpaqların onlara məxsus olduğuna və cəmiyyətin cahil olduğuna inanır".

Qeyd edək ki, aksiyaların 7-ci günündə mətbuata açıqlama verən "Sepah"ın baş komandanı Məhəmməd Əli Cəfəri də etirazçıları hökumətə qarşı qaldıranlar arasında keçmiş siyasətçilərin olduğunu vurğulamış və adını açıqlamasa da yerli mətbuat həmin şəxsin Əhmədnejat olduğuna işarə edildiyini yazmışdı.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->