Dünya 16:32 20.06.2018

Makedoniya parlamenti ad dəyişikliyini təsdiq etdi

Makedoniya parlamenti ölkənin adının dəyişdirilməsi ilə bağlı Yunanıstanla imzalanmış razılaşmanı təsdiq etdi.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ölkə artıq Şimali Makedoniya Respublikası adlanacaq. Bununla Yunanıstan və Makedoniya arasında 27 ildir davam edən gərginlik sona yetir. Köhnə Yuqoslaviya 1992-ci ildə Makedoniya adı altında müstəqilliyini elan etmişdi. Yunanıstanda da Makedoniya adlı ərazi olduğu üçün hər iki ölkə bu vəziyyətə etiraz edirdi.

Qeyd edək ki, ötən günlərdə iki ölkə sərhədində dövlət rəhbərləri və xarici işlər nazirlərinin iştirakı ilə razılaşma imzalanmışdı.

Gülşən