Foto 13:35 17.06.2018

Makedoniya və Yunanıstan razılaşdı: Şimali Makedoniya Respublikası (FOTOLAR)

Yunanıstan və Makedoniya arasında tarixi razılıq əldə edilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu məqsədlə Yunanıstanın baş naziri Aleksis Çipras və Makedoniya baş naziri Zoran Zayev sərhəddəki Prespa gölünün yanında bir araya gəlib. Tarixi razılaşmaya imzanı hər iki ölkənin xarici işlər nazirləri Nikos KaçiasNikola Dimitrov atıb. Razılığa əsasən Makedoniyanın adı Şimali Makedoniya Respublikası şəklində dəyişdirilib.

Yunanıstan Makedoniyaya Avropa İttifaqı və NATO-ya üzvlük üçün tətbiq etdiyi vetonu ləğv edəcək.

Qeyd edək ki, Yunanıstanda da Makedoniya adlı ərazi var və bu səbəbdən ölkələr arasında gərginlik yaşanırdı. 

Gülşən