İdman 15:39 07.10.2018

Makqreqor Nurməhəmmədovu revanşa çağırdı

İrlandiyalı idmançı Konor Makqreqor məğlubiyyətinin əvəzini çıxmaq üçün rusiyalı rəqibi Həbib Nurməhəmmədovu revanşa dəvət edib

Qaynarinfo xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb. Makqreqor Nurməhəmmədin zərbəsinin də yaxşı olduğunu qeyd edib:

"Yaxşı zərbə idi. Təkrar döyüşü səbirsizliklə gözləyirəm", - deyə o, bildrib.

Qeyd edək ki, ABŞ-ın Las Veqas şəhərində "UFC 229" çərçivəsində baş tutun döyüşdə Nurməhəmməd rəqibini 4-cü raundda boğma fəndi ilə təslim olmağa vadar edərək, məğlub edib.