Yüngül çəki üzə UFC çempionatında rusiyalı döyüşçü Həbib Nurməhəmmədova məğlub olan irlandiyalı döyüşçü Konor Makqreqorun döyüş zamanı rəqibinə nə dediyi bəlli olub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə "Instagram" hesabında video paylaşaraq, məsələyə aydınlıq gətirib. 

Videoda amerikalı döyüşçü Paul Maliqnaqqiyə şikayət etməyi dayandırmasını məsləhət görən Konor bu sözləri deyib: "Üçüncü turun sonunda Həbibə də eyni şeyi dedim. Şikayət etmə! Hər dəfə hakimə tərəf döndü. Dördüncü raundda da...".

Onun fikrincə hakimə Həbib yox, özü müraciət etməliydi: "İlk turda hakimə mən müraciət etməliydim. Həbib ayaqlarımı dörd dəqiqə tutdu. Fəaliyyətsiz idi".

Qeyd edək ki, oktyabrın 7-də baş tutan məşhur döyüş Nurməhəmmədovun qələbəsi ilə yekunlaşmış, daha sonra o, rinqdən çıxaraq Makqreqorun komandasının üzvlərinə hücum çəkmişdi. Hazırda hər iki döyüşçü yarışlardan diskvalifikasiya olunub.