Xəbər lenti

Malayziya
Dünya 17:09 08.05.2024

Malayziya "oranqutan diplomatiyası"na başlayır

Malayziya Çinin panda diplomatiyasına bənzər "oranqutan diplomatiyası" təşəbbüsünün bir hissəsi olaraq palma yağı alan ölkələrə oranqutanları bağışlamaq niyyətindədir.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin əmtəə naziri Kohari Əbdül Qani X sosial şəbəkəsində yazıb.

"Oranqutan diplomatiyası dünyaya Malayziyanın biomüxtəlifliyin qorunmasına həmişə sadiq olduğunu göstərəcək", deyə nazir bildirib.

Nazir "oranqutan diplomatiyası" strategiyasının nəsli kəsilməkdə olan primatları Malayziya ilə palma yağı ticarətilə məşğul olan ölkələrə, xüsusən də Avropa İttifasqı və Hindistan kimi əsas idxalçılara təmin edəcəyini bildirib.

Oranqutanlar kritik təhlükə altındadır, ən böyük təhlükə meşələrin qırılması, kənd təsərrüfatının genişləndirilməsi, xüsusilə palma yağı plantasiyaları və infrastrukturun inkişafı səbəbindən yaşayış yerlərinin itirilməsidir.

Pekin uzun müddətdir ki, "panda diplomatiyası"ndan yumşaq güc forması kimi istifadə edir. Çin sülh və dostluq simvolu olaraq tərəfdaş ölkələrə bir cüt panda borc verməklə bağlı çoxdankı imperiya ənənəsini davam etdirir. Bununla belə, xarici zooparklar panda balalarını doğulduqdan sonra bir neçə il ərzində geri qaytarmalıdır ki, onlar Çində yetişdirmə proqramına qoşula bilsinlər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->