MAQATE-nin Baş direktoru Tehranda: danışıqlar başladı

MAQATE-nin Baş direktoru Tehranda: danışıqlar başladı

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) Baş direktoru vəzifəsini icra edən Kornel Ferutse Tehrana səfərə gəlib.

Qaynarinfo xəbər verir ki, MAQATE rəsmisi İranın Atom Enerjisi üzrə Agentliyinin rəhbəri Əli Əkbər Salehi və xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşəcək. Görüşlərdən sonra mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Kornel Ferutse rəsmi Tehran nüvə proqramını bərpa etdiyini bəyan etdikdən sonra Tehrana səfərə gəlib. İran və Qərb mətbuatında dərc olunan materialların təhlili göstərir ki, həm ABŞ, həm də Avropa dövlətləri İranın nüvə proqramını bərpa etməsindən narahat olublar. Buna görə də İranı danışıqlara razı salmaq üçün beynəlxalq agentliyin rəhbərini Tehrana göndəriblər. Furutsenin İran rəhbərlərini razı sala və yenidən danışıqlara başlamağın zəruriliyinə inandıra biləcəyini isə zaman göstərəcək.

XƏBƏRLƏR
BLOGLAR