Dünya 13:12 18.07.2019

Marşall adalarındakı radiasiya Çernobldan 1000 dəfə artıqdı

ABŞ-ın Kolumbiya Universiteti Sakit okeanda yerləşən Marşal adalarında tədqiqat aparıb.

Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticəsində 4 adada nüvə qəzasının yaşandığı Çernobl və nüvə bombasının atıldığı Fukuşimadan 10-1000 dəfə artıq radiasiya səviyyəsinin olduğu müəyyənləşib.
 
ABŞ 1946-1958-ci illərdə Marşal adalarında 67 nüvə sınağı həyata keçirib. 1954-cü ildə Bikini mərcan adasına atılan "Castle Bravo" hidrogen bombası II Dünya Müharibəsində Yaponiyaya atılan bombalardan min dəfə güclü olub.
 
Ada sakinləri 1946-cı ildə məcburi şəkildə köçürülüb. 1960-cı illərdə Bikini yaşayış üçün təhlükəsiz hesab edilsə də, əraziyə qayıdan insanlar radiasiya səbəbilə yenidən köç etməli olub. Geri qayıdan əhalinin bir qismi xərçəng və radiasiya ilə əlaqədar xəstəliklərdən vəfat edib.

Qeyd edək ki, ABŞ 1946-1992-ci illərdə fərqli ərazilərdə 1154 nüvə sınağı reallaşdırıb.

Gülşən