Dünya 11:26 14.06.2018

Marsda tədqiqat aparan "Opportunity" ilə əlaqə kəsilib

NASA Marsda tədqiqat aparan "Opportunity" adlı kəşfiyyat robotu ilə əlaqənin kəsildiyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, planetdə may ayının sonundan bəri şiddətli toz fırtınası müşahidə edilir. Fırtına Marsın 25%-ni əhatə edir. Dünən gecədən bəri robotla əlaqə kəsilib. 

"Mars Exploration Rover-B", "MER-B" kimi də adlandırılan "Opportunity" ilə əlaqə yaratmaq günlər çəkə bilər. Bunun üçün toz fırtınası aradan qalxmalı, robot batareyasının dolması üçün Günəş işığını görməlidir. 

Gülşən