Ölkə 18:56 16.07.2013

Maşın ağaca çırpıldı: ağac iki piyadanın üstünə düşdü

Bu gün günorta saatlarında Xaçmaz şəhərində yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin N.Nərimanov küçəsində qeydə alınıb.

99 EV 025 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomaşın yolun kənarında dayanan Xaçmaz şəhər sakini Natiq Əlişanova məxsus 27 BB 791 dövlət nömrə nişanlı avtomaşına çırpılıb. Daha sonra “Mercedes” yolun kənarındakı ağacı aşırıb. Ağac yoldan keçən iki piyada - 1991-ci il təvəllüdlü Xaçmaz şəhər sakini Cəbrayılova Rüfanə Akif qızı və 1997-ci il təvəllüdlü Sadıqova Aygün İnqilab qızının üstünə düşüb.

Hər iki şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxananın travmatologiya şöbəsinin müdiri Ağayar Quliyevin verdiyi məlumata görə, xəsarət alanların vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info