Video 10:11 16.06.2018

“Maşın” şounun qalibi bəlli oldu, amma... (VİDEO)

Nəhayət, qalmaqallarla yadda qalan "Maşın” şou Xanımlar və Cənablar 2″-in qalibi bəlli olub.

Qaynarinfo Axsam.az-a istinadən xəbər verir ki, qalib müğənni Roza Zərgərlidir. Ötən gecə keçirilən final görüşündə bəlli olub ki, onun rəqibi viner Hüseyn Əzizoğlu əlini maşın üzərindən götürüb. 
 
H.Əzizoğlu "Roza çox təsir göstərdi. Həm də fiziki təsir etdi. Əlimi çəkməyim də buna görə oldu" deyə, açıqlamasında bildirib. Aparıcı Murad Dadaşov qalibin Roza Zərgərli olduğunu elan edib. 

R.Zərgərli əsl məqsədinin qazanmaq olduğunu bildirib və avtomobildən imtina edib. O, "4 ildir maşın sürmürəm. Bu maşını xeyriyyə işinə sərf edin və ya kiməsə verin" deyib. 

Dadaşov isə "Şərtimiz budur ki, qalib avtomobili 1 il sata, heç yerə istifadə edə bilməz. Lakin bu, siz avtomobili burdan götürcəksinizsə keçərlidir. Əgər siz avtomobildən bəri başdan imtina edib və onun xeyriyyə məqsədi ilə istifadə edilməsini istəyirsinizsə, doğrusu, bu dəqiqə biz bunu cavablandırmaqda çətinlik çəkirik. Çünki iljk dəfə rastlaşdığımız haldır. Biz bu barədə sonra açıqlama verəcəyik". 

Qeyd edək ki, bu mövsüm yarışmada müğənnilər Rahidə Baxışova, Roza Zərgərli, Əli Mirəliyev, Abbas Bağırov, Ruhəngiz Musəvi, reperlər Uran, Qurd, aktrisa Pərvin Abıyeva, aparıcılar Azər Axşam, Fira Cəlilova,  İlhamə Bədəlova, Aytən Səfərova, Mətanət Əliverdiyeva, Günel Hümbətova, aktyorlar Cavidan Novruz, Məcid Hüseynov, meyxanaçı Ələkbər Yasamallı və vayner Hüseyn Əzizoğlu mübarizə aparırdı.