Maqazin 13:54 31.12.2018

"Maşınım olsaydı, əlimi çəkib gedərdim" - Xəyalə

"Bura gələndə sevinirdim ki, ayaqyolu problemim yoxdur. Onsuz da 31-də əlini götürüb gedəcəksən, Qəbələdə olmalısan".

Qaynarinfo-nun axsam.az-a istinadən məlumatına görə, bu sözləri aktrisa-aparıcı Xəyalə Quliyeva "Maşın" şouda deyib. O, finala qaldığı aparıcı Ranar Musayevin "Üç gün burada durub, sonra qıza uduza bilmərəm" sözlərinə əsəbiləşib:

"Maşınım olsaydı, əlimi götürüb gedərdim. Bu qədər dayanmazdım. Səni bu qıcıqlandırır? Mənim üçün söhbət maşından gedir. Prinsipim yoxdur, Maşın istəyirəm".